Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2014
10:27
“Müsavat hərdən cızığından çıxıb sərbəst addımlar atmaq istəyir...”
“Bizdə yalan danışmağın ömrü artıq 20 ili ötüb”

"Əgər qiymət artımlarına etiraz mitinqinə 700-800 adam çıxırsa, bu, yaxamızdan əl çəkin deməkdir"

Amerikada siyasi mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev maraqlı açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

"Tarixdən bilirsiniz ki,  mif əsasında ‘’Qordi düyünü”nü makedoniyalı İsgəndər açıb. Hələ bizim bu düyünümüzü açanın Azərbaycanda olduğunu görmürəm. Azərbaycanda insanların,  xüsusilə liderlərin yalan danışmaqları əndazəni çoxdan aşıb. Məsələ ondadır ki, bu başabəla liderlər dəyişiklik etmək üçün yaramadıqlarını özləri də başa düşür. Onlarda bu rejimdən xilas olmaq üçün mürəkkəb yox, elementar təssəvvür də yoxdur. Bu günkü hökümətdə olan azı beş nazir adı çəkmək olar ki, hər biri indiki toplum müxalifətdən qat- qat güclüdür. Tutaq ki, prezident yoxdur, məgər o insanlar höküməti bu insanlara verərlərmi, heç vaxt. Arxasınca 9 milyonluq əhalidən maksimum 5 min adam gedənlərə azı yarım milyonluq silahı və bürokratı olanlar necə hakimiyyəti qırmızı xonçaya qoyub onlara peşkəş edəcəklər?

 Gərək arxanca azı bir 100 min tərəfdarınız getsin ki, o yarım milyondan 300-400 mini sənin tərfinə keçsin, məgər bunu bilmək o qədər çətindir? Bunlara baxmayaraq xalqa söylənən yalan vədlər sel kimi axıdılır. Yaddaşı zəif olanlara xaırlatmaq istəyirəm ki, faşist almaniyasının Gebbels soyadlı təbliğat naziri vardı. Bu insanın yalan danışmaq barədə xüsusi nəzəriyyəsi var idi-Nə qədər ağ yalan danışsan bir o qədər ona inananların sayı çox olar’’. 1945-ci ilin martında artıq Almaniyanın bütün hərbçiləri müharibənin uduzulduğunu başa düşürdülər. Ancaq Qebbels radioda gündəlik ağ yalanları  ilə mayın 1-nə qədər Berlinin müdafiəsini təşkil edə bildi. Hətta 30 apreldə 12-14 yaşlı minlərlə uşaqlar orduya yazılırdılar. 1 mayda 6 uşağını zəhərlədi,özünü və arvadını silahla öldürdü və mənfur yalanlarına son qoyuldu, 2 mayda Berlin silahlı müqaviməti saxladı.

 Dünyanın ən ağıllı, dinamik xalqlarından biri sayılan almanlar yalanlara bu şəkildə inanırdısa sözsüz biz azərbaycanlıların da içində müxalifətin yalanlarına inananlar tapılır.

 Qebbels 12 il yalanlarla almanların başını xarab etdi. Bizdə yalan danışmağın ömrü artıq 20 ili ötüb.

 Qiymətlərin qalxması ilə əlaqədar müxalifət mitinq elan etdi. Qiymətlərin qaxmasından narazı olanların sayı heç olmazsa bir 2 milyon olardı, ya yox? Əgər bu mitinqə 700-800 adam çıxırsa bu nə deməkdir? Bu, “yaxamızdan əl çəkin” deməkdir.

 Rejim vətəndaşların əlindən keçmişini, bu gününü və gələcəyini alıb. Belə bir siyasəti davam etdirməyə israrlıdır. Onun qarşısını almaq üçün heç bir şeyə qadir olmayan insanların  lider olmaq arzuları ciniklik deyil, bəs nədir? Konkret 2 ildən sonra parlament seçkiləri olacaq. Bu 20 ildə ABŞ və Avropa təşkilatlarının zorla Azərbaycanda azad seçkilər keçirməyə cəhd etməyəcəkləri məlum olmadımı? Belə olan bir şəraitdə bu müxalifət partiyaları hansı addımlar atacaqlarını xalqa elan etsinlər görək. Aydın məsələdir ki, hökümətin qapısına düşüb bir- iki deputat yeri almaq üçün sövdələşməyə cəhd edəcəklər.

  Məlumdur ki, hökümət müxalifəti cılızlaşdırıb, indi də zorla onları müxalifət statusunda saxlamaq istəyir. Bu gün onlar “siyasətdən gedirəm” bəyanatı ilə çıxış etsələr hökümət real təşvişə düşər, 20 illik siyasətlərinə ağır zərbə dəyər. 20 ildə həm öz rejimlərini, həm də rejimə qarşı ‘’mübarizə’’ aparan müxalifətlərini formalaşdırıblar. Xalqın başında qoz sındıran bu tandemin dağılmasına hökümət imkan verməz. Musavat Partiyası hərdən cızığından çıxıb sərbəst addımlar atmaq istəyir, ona görə də onlardan uzunmüddətli həbs olunanların sayı artıqdır. O biri komanda isə görüntü yaratsa da cızığından çıxmır.

 Düz qeyd edirsiniz ki, çaylar tərsinə axa bilər, ancaq bu adamlar heç vaxt istefa verməz. Ancaq bir də qeyd etmək istəyirəm, hökümətin tapşırığı ilə işləyən bu kuklalar əsl müxalifətin yaranmasına mane olurlar. Partiyalar liderlərini dəyişməlidirlər. Liderlər 20 illik ‘’fəaliyyət”lərindən nəhayət xəcalət çəkməlidirlər, özlərinin şəxsi ucuz maraqlarına bu milləti qurban verməməlidirlər. Onlarla da, onlarsız da Azərbaycanda yeni qüvvələr formalaşmaqdadır və biz tezliklə bunun şahidi olacağıq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
342
Şərhlər
qasım kişi tərəfindən 31-01-2014 07:56:43 tarixində yazıldı
deyəsən
əmbə nədənsə RASUL müəllim, qağa deyir hııy?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 20:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru