Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2014
23:01
1363
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyadan rəsmi açıqlama
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə çağırıb

Son günlər Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik rəsmi Moskvanın narahatlığına səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyi tərəfləri vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə çağırıb:

"Dağlıq Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsindən narahatıq. Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında ölənlər var. Dinc sakinlər arasında yaralananların olduğu bildirilir. Hesab edirik ki, gələcəkdə gərginliyin artması halında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üçün mənfi nəticələr qaçılmaz olacaq. 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan-Ermənistan sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsini çətinləşdirə bilər.

Münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş əlavə tədbirlər görməyə çağırırıq. Bu tədbirlər sırasına 1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmada nəzərdə tutulmuş mexanizmlərin işə salınması da daxildir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
1

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru