Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2014
14:36
949
Ermənilər dünyaya Qarabağ tanıtdırır, bizimkilərin isə başları konsertə qarışıb
Eldəniz Quliyev: ”Azərbaycanın diaspor təşkilatları dövlətimizin milli mənafeyini qorumurlar”

Xəbər verdiyimiz kimi Amerikanın ikinci ən böyük şəhəri Los-Ancelesdə Şəhər Şurası qondarma «Dağlıq Qarabağ Respublikası»nı  «azad və suveren dövlət» kimi tanıyıb. Şəhər Şurasının erməni əsilli üzvü amerikalı Pol Qriqoryanın təqdim etdiyi qətnamə qurum tərəfindən yekdilliklə qəbul edilib. Sənəddə deyilir ki, «Dağlıq Qarabağ Respublikasında» guya azad və ədalətli seçkilərin keçirilməsi  Qafqaz regionunda  sabitliyin göstəricisidir. 

Təbii ki, qondarma erməni soyqırımının və saxta Dağlıq Qarabağ Respublikasının dünyanın müxtəlif yerlərində tanınması erməni diasporasının aktiv və inkişaf etmiş fəaliyyətlərinin nəticəsidir. Lakin Azərbaycan büdcəsindən hər il diaspor təşkilatları üçün milyonlarla pul ayrılmasına baxmayaraq ortalıqda elə də ciddi bir nəticə yoxdur. Diaspor təşkilatlarımız müxtəlif ölkələrdə yalnız bayramdan-bayrama və ya adi günlərdə konsert proqramları təşkil etməklə gündəmdə qalmağa çalışırlar. Halbuki ayrılan pullarla Xocalı və Qarabağ həqiqətlərini lazımı formada dünyaya çatdırmaq mümkündür. 

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev maraqlı fikirlər səsləndirdi. Müsahib bildirdi ki, Azərbaycanın diaspor təşkilatları dövlətimizin milli mənafeyini qorumurlar: “Onların işi əslində dövlətə nüfuz gətirmək, ölkənin strateji maraqlarını dünyaya çatdırmaqdır. Lakin Azərbaycanın diaspor təşkilatlarının işi korrupsioner mahiyyətli mövcud rejimi legitimləşdirmək və ona müəyyən demokratik don geyindirməkdən ibarətdir. Hətta bu işlər üçün milyonlarla pullar xərclənir.” 

Qondarma erməni soyqırımının və Dağlıq Qarabağ “Respublika”sının  ABŞ ştatlarında və şəhərlərində tanınmasının yalnız erməni diasporunun işi olmadığını qeyd edən Eldəniz bəy, “bu eyni zamanda daha çox ABŞ-ın məsələyə ikili standartlarla yanaşmasının nəticəsidir. Belə məsələlərdə əvvəlcə işi qarışdırırlar sonra məsələyə ikili mövqe sərgiləyirlər. Məgər Qarabağ probleminin bu qədər dalana dirənməsində ABŞ-ın günahı az olub ki?”, - deyə bildirdi: 

“Düşünürəm ki, ABŞ-da ermənilərlə bağlı baş verənlər erməni diasporunun işi yox, məhz ABŞ hökumətinin həyata keçirdiyi xarici siyasətindəki boşluqlarla bağlıdır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
256

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2347
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru