Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2014
10:12
590
XİN Los Anceles Şəhər Şurasının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasına münasibət bildirib

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ın Los Anceles Şəhər Şurasının separatçı Dağlıq Qarabağ rejiminin müstəqil dövlət kimi tanınması ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, Xocalı soyqırımının tanınması və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin ABŞ-da ifşa olunması fonunda erməni lobbisi primitiv üsullara əl ataraq Los Anceles Şəhər Şurasında bəyanat tipli belə qətnamə qəbul etdirməklə əslində öz uğursuzluğunu etiraf etmiş olub.

E. Abdullayev xatırladıb ki, bir müddət əvvəl erməni lobbisi ABŞ-ın Haylend Şəhər Şurasında da bənzər qərar qəbul etdirib: “Bu, absurddur. Çünki ABŞ-ın mövqeyi aydındır və bəllidir. ABŞ “Dağlıq Qarabağ” adlı respublika tanımır və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Elə bunu əsas gətirərək Haylend Şəhər Şurasının üzvü Codi Skot buna kəskin etirazını bildirərək şəhər, qəsəbə və kənd şuralarının da ABŞ-n rəsmi mövqeyinə uyğun addım atmalarının vacibliyini vurğulayıb”.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məsələ ilə bağlı Şəhər Şurasına rəsmi etirazını bildirəcək.
/apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
528

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru