Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2014
16:14
887
Qarabağ Bloku cəbhədə baş verənlərdən narahatdır

FaktXəbər-in məlumatına görə, bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib. Blok iştirakçıları ilk növbədə son günlər Ermənistan silahlı qüvvələri tərəfindən elan olunmuş atəşkəs rejiminin ardıcıl şəkildə pozulması nəticəsində ordumuzda baş verən itkilərdən ciddi narahat olduğunu bildirib.

Qarabağ probleminin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verən hadisələr fonunda səssizlik nümayiş etdirməsinə diqqət çəkən blok iştirakçıları münaqişənin daha da dərinləşməsinə xidmət edən bu intensiv hücumların arxasında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması yolunda başlıca əngəl  olan Rusiya faktorunun durduğunu qeyd edib və beynəlxalq təşkilatları erməni təcavüzkarlığından irəli gələn hərbi hucumlara son qoymağa səsləyib. Blok iştirakçıları indiki şərtlər daxilində münaqişənin yenidən aktivləşməsinin milli maraqlara zidd olduğunu və bu gərginləşmənin arxasında məlum güclərin durduğunu əsas götürərək iqtidarı Qarabağ probleminin həlli ilə bağlı üçüncü tərəfin təxribatlarına uymamağa çağırıb.

İclasda son vaxtlar radikal dini qrupların fəallaşmasına, “Meşə qardaşları” və ”Ceysullah” adı ilə tanınan qatı cərəyanların Azərbaycanı terrorla təhdid etmələrinə xüsusi diqqət yetirib. Blok iştirakçıları Azərbaycanda qeyri ənənəvi dini təriqətlərin sürətlə tərəfdar toplamasının səbəbləri kimi ölkədə vicdan azadlığının pozulmasının geniş xarakter alması, QMİ-nin tam siyasiləşməsi və dini maarifçilik  sahəsində heç bir iş görülməməsi, ölkədə demokratik qüvvələrin ictimai-siyasi həyatydan sıxışdırılması, dövlət sektorunda bütün səviyyələrdə təhsilin keyfiyyətinin aşağı düşməsini diqqətə çatdırıb.

Blok iştirakçıları cəbhədə baş verənləri və ölkədə təhlükəsizlik  və sabitliyin təhdid altında olduğunu nəzərə alaraq hakimiyyəti milli həmrəyliin gücləndirlməsi istiqamətində səylər göstərməyə və  iqtidarla müxalifət arasında dialoqa başlmağa çağırıb.
Blok iştirakçıları Ukraynada yaşanan hadisələrin getdikcə dərinləşməsindən, arxasında Putin Rusiyasının durduğu Yanukoviç hakimiyyətinin xalq etirazlarına məhəl qoymadan bu ölkənin Avropa evinə inteqrasiya olunmasına dirəniş göstərməsindən və bu səbəbdən hadisələrin dinc məcradan çıxaraq ölkədə vətəndaş qarşıdurması həddinə çatmasından narahat olduğunu bildirib. Qeyd olunub ki, beynəlxalq təşkilatlar, Avropa dövlətləri postsovet ölkələrinin sonrakı taleyində mühüm əhəmiyyət kəsb edən, demokratiyanın avtoritarizmdən qorunmasının səngər döyüşlərini xatırladan Ukrayna hadisələrinə həssas yanaşmalı, Avropanın ayrılmaz tərkib hissəsi olan Ukrayna xalqının demokratik dəyərlər uğrunda başlatdığı mübarizəsinə  axıra qədər dəstək olmalıdır.

Blok iştirakçıları VHP-nin üzvü, “Axın” hərəkatının təsisçisi, gənc fəal Ö.Qəmbərovun narkotik ittihamla həbs olunmasınından ciddi narahat olduğunu bildirib, bu hadisəni hakimiyyətin uzun müddətdən bəri, azad düşüncəyə, sərbəst fikrə, demokratik qüvvələrə, gənc fəallara qarşı başlatdığı repressiya və həbs siyasətinin davamı kimi dəyərləndirib və hakimiyyəti ölkədə insan haqlarına, demokratik dəyərlərə, vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmağa, siyasi sifarişli həbslərə son qoymağa və həbs edilən gənc fəal Ö.Qəmbərovu dərhal azadlığa buraxmağa çağırıb.

Blok iştirakçıları sonda M.Rəsulzadənin anadan olmasının 130 iliyi ilə bağlı Qarabağ blokunun tədbirlər planını müzakirə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
255

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2347
Şərhlər
javanshir tərəfindən 29-01-2014 13:58:13 tarixində yazıldı
bu ne munasibetdir?
basha dushe bilmedim,heden Garabag bloku muharibeden gorxur, belke blokun adini deyishib sulh bloku goyasininz?
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru