Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2014
14:43
801
Sürücülərə xoş xəbər
İcbari sığorta haqqı azaldılır

Yenilik sığortaçıların 56%-ni əhatə edir. 2014-cü ilin yanvar ayının 15-dən etibarən avtomobillərin icbari sığortalıların “Bonus – Malus” sinfi yenilənib. Bu barədə məlumat İcbari Sığorta Bürosundan (İSB) alınıb.

Məlumatda deyilir ki, 2014-cü ildə sığorta müqaviləsini yeniləyən 106,580 sığortalıya sığorta haqqının 10%-ə qədər, 192,352 sığortalıya sığorta haqqının 5%-ə qədər güzəşt əmsalı tətbiq ediləcək.

Yenilənmə nəticəsində bu il sığortasını təzələyən 298 min 932 avtomobil sahibi üçün sığorta haqqı azalacaq.

Bu ümumi avtomobil sığortaçılarının təqribən 56%-i deməkdir.

Bunlardan 106 580 avtomobil sahibinin icbari sığorta haqqı 10% azalacaq.

192 352 sığortalı üçün isə sığorta haqqı 5% aşağı düşəcək.

Əvəzində, ötən dövr ərzində sığorta hadisəsi törətmiş 7 635 avtomobil sahibi üçün sığorta haqqı artacaq.

229 170 avtomobil sahibi üçün isə “Bonus – Malus” sinfi dəyişməyib.

Məlumatda qeyd olunur ki, son 2 ildə üç və ya daha çox sığorta hadisəsi törədən 22 sığortalıya cari ildə sığorta müqaviləsinin yenilənməsi zamanı sığorta haqqının 3 misli qədər Malus əmsalı tətbiq ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
351

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
437

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
488

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
963

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
578

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
558
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru