Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2014
11:58
952
Los-Anceles qondarma «Dağlıq Qarabağ Respublikası»nı tanıdı
Qətnamə erməni əsilli Pol Qriqoryan tərəfindən təqdim edilib

FaktXəbər-in verdiyi məlumata görə, Amerikanın ikinci ən böyük şəhəri Los-Ancelesdə Şəhər Şurası qondarma «Dağlıq Qarabağ Respublikası»nı  «azad və suveren dövlət» kimi tanıyıb. Bu barədə «Asbarez» nəşri bildirir.

Şəhər Şurasının erməni əsilli üzvü amerikalı Pol Qriqoryanın təqdim etdiyi qətnamə qurum tərəfindən yekdilliklə qəbul edilib. Sənəddə deyilir ki, «Dağlıq Qarabağ Respublikasında» guya azad və ədalətli seçkilərin keçirilməsi  Qafqaz regionunda  sabitliyin göstəricisidir.

Qətnamədə həmçinin beynəlxalq ictimaiyyətin də eyni addım atmasına çağırış var.

Xatırladaq ki, bundan öncə, Qarabağın tanınması ilə bağlı analoji sənədləri Rod-Aylend, Massaçusets, Men, Luiziana, Merilend ştatları və Kaliforniyanın Fresno, Qlendeyl şəhərləri qəbul etmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
46

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1068
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru