Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2014
11:39
Piyadanı vurub qaçan sürücü həbs olundu

Səbail rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub. Bu barədə FaktXəbər-ə baş prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, yanvarın 28-də saat 05 radələrində Səbail rayonunun 20-ci sahə ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub hadisə yerindən qaçmış və sonuncu aldığı xəsarətlərdən vəfat edib. Həmin faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin «VAZ 21061» markalı «44-BB-282» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Süleymanov Ramil Bağır oğlu tərəfindən törədilməsinə kifayət qədər şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.


    

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16198

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14852

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16246

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15860

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15754

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15880
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 11:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru