Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2014
21:42
960
Avropalı nazir: `Dağlıq Qarabağda vəziyyət dramatikdir`

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropa Şurasına yox, ATƏT-in Minsk Qrupuna aid məsələdir. Düşünürəm ki, münaqişə tərəfləri daha konstruktiv dialoq qurmalıdır. Amma bu o demək deyil ki, mən vəziyyətin nə qədər dramatik olduğunu bilmirəm”.

Bunu Avropa Şurası Nazirlər Komitəsində yaxın 6 ay ərzində sədrlik edəcək Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib.

APA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva isə bir neçə gün əvvəl Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Əlibəyli kənd sakini, 38 yaşlı Ruhiyyə Hüseynovanın yaralandığını bildirib. Azərbaycanlı deputat qeyd edib ki, erməni hərbçiləri dinc insanlara qarşı tez-tez belə addımlar atır. Bununla əlaqədar olaraq S.Kunts deyib ki, qurum məsələni nəzərdən keçirir və vəziyyəti diqqətdə saxlayır: Düşünürəm ki, dialoq əsas məqsəd olmalıdır. Təbii ki, biz zorakılığın qarşısını almalıyıq. Mən ümid edirəm ki, Avropa Şurası öz töhfələrini verə bilər. Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi hesab edirəm ki, bu barədə ikitərəfli müzakirələri apara bilərik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru