Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2014
11:51
Rusiya və İranın regiondakı mövqeyini nəzərə almadan hər hansı bir addım atmaq mümkün deyil

Mayis Güləliyev: “Türkiyə və İranın kənarda saxlanılması Suriya hadisələrinin dalana dirənməsinə gətirib çıxaracaq”

“Düşünürəm ki, İranın iştirakı olmadan Cenevrə konfransında Suriya ilə bağlı hansısa irəliləyişlərin əldə edilməsi mümkün deyil. Hətta bununla bağlı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov da açıqlama verərək İran iştirakının zəruri olduğunu söyləmişdi. Belə olan halda İranın iştirakı təmin edilərsə, müəyyən irəliləyişlərə nail olmaq mümkündür.”  

Bu sözləri FaktXeber.com-a politoloq Mayis Güləliyev bu günlərdə dünya dövlətlərinin iştirakı ilə öz işinə başlayan Cenevrə konfransının nəticələrinə dair açıqlama verərkən qeyd edib. Müsahibin sözlərinə görə, ümumi razılaşmadan sonra Suriya ilə bağlı müəyyən irəliləyişlər əldə oluna bilər: 

“Ən əsası keçiriləcək konfrans imkan verməyəcək ki, Suriyaya qarşı aparılan iri miqyaslı hərbi əməliyyatlar təşkil edilsin. Digər tərəfdən Suriya hakimiyyəti ilə əlaqələrin yaradılması gündəmə gətiriləcək ki, ən azından müxalifət dayanmadan maliyyələşdirilməsin. Bir sözlə müəyyən qədər Suriyaya qarşı münasibətlər yumşaldıla bilər.” 

Mayis bəy onu da bildirdi ki, Suriyaya qarşı nəzərdə tutulan aqressiv siyasətin həyata keçirilməsi mümkün olmadı: “Regional siyasətin müəyyən olunmasında hal-hazırda İran aparıcı rol oynayan ölkələrdən biridir. Bir sözlə Rusiya və İranın regiondakı mövqeyini nəzərə almadan hansısa işləri həyata keçirmək olduqca çətindir. Çünki bu iki ölkənin bütün hallarda region və qonşu ölkə kimi Suriya hadisəsinə mövqe bildirməsi olduqca vacibdir. Ona görə Suriya və digər məsələlərdə Türkiyə və İranın kənarda saxlanılması Suriya hadisələrinin dalana dirənməsinə gətirib çıxaracaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 21:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru