Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2014
11:49
1268
Şumaxer olacağına and içmiş avtobus sürücüləri

Əgər həyatın monotonluğundan bezmisənsə, adrenalinə ehtiyac duyursansa, onda düşünmədən paytaxtın Şumaxer olacağına and içmiş sürücülərinin idarə etdiyi avtobuslardan istifadə et. Avtobusun pilləkəninə addımını basan kimi əsil həyəcanın nə olduğunu biləcəksən. Yüksək sürət, sıxlıq, qorxu və ən əsası ölümlə baş başa qalan yaşam mübarizəsi... Yalnız Bakıda avtobuslar sərnişinlərə əsil macəra bəxş edirlər.

Əvvəla telefon və pulunuzu ən etibarlı cibinizə qoymamış, minməyinız məsləhət deyil. Oturmağı beyninizdən belə keçirməyin, oturacaqlardan sürətə həssas olan şəxşlər və ağzında saqqıza min cür əzab verən, qulağında qulaqcıqlar, yüksək tonlu musiqi dinləyən dikdabanlı, “ukladka”lı, bizim sivil düşüncəli gənc qızlarındı. Təbii ki, bu imicə sahib olan kəslərin hamsı bura aid edilmir. Bunlar müasir gənclərdi. Qarşılarında nənələri yaşda biriləri dayansa da, durub yer verməzlər və gözlərini zilləyib pəncərədən bayıra baxarlar. 

Biri desə ki, “yer verə bilərsinizmi”, xanım dərhal, “ayaqlarım ağrıyır, problemlərim var” cavabını səsləndirər. Halbuki o yorğun ayaqla bu dəqiqə Tarkanın, Şakiranın konserti olsa, saatlarla ayaq üstə dayanıb, çığırmaqdan yorulmazlar. Nə isə, işim sərnişinlərlə yox, sərnişinlərə adrenalin bəxş edən “Şumaxer”lərlədir. “Mehriban olun” deməklə sayılı oturacaqlara saysız sərnişin mindirən bu qəhrəmanları heç nə və heç kəs durdura bilmir, bilməz də. “Qəpiklə zarafat etməyin”, - deməklə, bizimlə ölüm zarafatı eləyir. Avtobus dolur və hər an döngələrdə aşmaq təhlükəsi var, sərnişinlər qışqırır ki, “aaa aşdıq”, o da nə desə yaxşıdır, “pulunuzu verin, sonra hara aşırsınızsa aşın, öz işinizdir”. Və yaxud, dayanacaqdan kənar bir ərazidə saxlamağı xahiş etsən, “60 manatın varsa, cəriməni ödə, saxlayım, gözüm üstə” cavabını alacaqsan. Haqlıdırlar da.

Ən maraqlı məqama gəldik. Bu, başqa bir avtobusun qrafiki pozub arxadan gələn tərəfin vaxtına keçməsidir. “Taksi” filmindəki kimi demir ki, “kəmərləri bağlayın”, sadəcə sürəti artırmağa başlayır. Yazıq sərnişinlər də tutacaqlardan, insanlardan bərk-bərk yapışıb, “güc birlikdədir” atalar sözünü beyinlərindən keçirə-keçirə ayaqda qalmağa çalışırlar. Yaşıl, qırmızı, sarı fərqi yoxdur, sür getsin, əsas odu ki, radar olan yerlərdə astaca, xəta-bəlasız uzaqlaşasan. Təbii ki, yol polisləri də isitisnadır. Onları görən kimi sürət ən minimuma düşür və  onların həyəcanı başlayır. Axı “Şumaxer”lərimizin bəzilərinin heç sürücülük vəsiqəsi də yoxdur. Qarşılıqlı həyəcan yaşayaraq, yolu davam edirik.

Çatırıq “ças pik”ə. Bax onda poliqlot olduğuna öyrəşdiyimiz şairlərimizdən əlavə, həm də poliqlot sürücülər də görürük. Azərbaycanca gözəl ifadələr işlətməkdən yorulan bəylərimiz, istedadlarını digər dillərdə sınayır, hirslərini belə çıxarırlar. Ya da durduğu yerdə maşını saxlayıb, ““vobşe” sürmürəm, düşün” deyirlər ki, bunların nazını çəkib, “sən Allah qardaş, sür gedək” cümlələrini eşitsinlər. Amma sərnişinlər də işlərindən qalmırlar, elə ki, sürət artdı, “a, buna bax e, elə bil “kartoşka” daşayır” deyə deyinirlər. Ya da ki, özləri bir təhər mindilərsə, “day saxlama, yer yoxdur, hara minəcəklər” söyləyirlər. O anda istəyirəm ki, deyim, “yer yoxdur, düş yer artsın”. Bəzən isə qəpiyi elə atıb düşürlər ki, verməsələr ondan yaxşıdır. 

Hər şeyə rəğmən bu çətinliklərə dözüb şükür edir, hətta, “bunun da öz ləzzəti var” deyənlər də olur.

Bir gün eləmədim tənbəllik, düşməmişdən bir dayanacaq öncə yaxınlaşdım “Şumaxer”ə və soruşdum ki, “uşaqlıqda nə olmaq istəyirdiniz”. O da dedi ki, “mən atama söz vermişdim həkim olub Hippokrat andı içəcəyimə, tale belə gətirdi sürücü oldum. Həyatin üzü qara olsun. Niyə soruşdunuz ki?”

Mənsə pulu uzadaraq, gülməkdən özümü bir təhər toplayıb, “Hippokratı bilmirəm, amma Şumaxer olacağınza 100 faiz and içmişiniz” dedim.

Sonda isə belə sürücülərə bir sözüm var, sərnişinləri düşünüb məsuliyyətlə işləyən, ən azından ona görə ki, sizin də ailə üzvləriniz bu marşrutların sərnişinləridir.

Məhbubə Uğursoy

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
33

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1865

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
361

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
712

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
325

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1022
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 12:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru