Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2014
10:24
944
Qarabağ əlilini və onun veteran atasını döydülər

Yanvarın 17-də axşam saat 19.00 radələrində Qarabağ müharibəsi əlili, Laçının müdafiəsi uğrunda döyüşlərdə ağır xəsarət almış Niyaz Əmiraslanov hücuma məruz qalaraq, döyülüb. Bu barədə Qarabağ qazisi özü məlumat yayaraq bildirib ki, hücum zamanı özü ilə yanaşı, Böyük Vətən müharibəsi veteranı olan atası Vəli Əmiraslanova da xəsarət yetirilib.
Niyaz Əmiraslanovun sözlərinə görə, onlara hücum edənlər Azad Isgəndərov adlı iş adamına yaxın adamlar və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları olub. Səbəb isə budur ki, Azad Isgəndərovun rəhbərlik etdiyi tikinti Niyaz Əmiraslanovun evinə gedən yolu kəsir. Qarabağ qazisi deyir ki, o, yolunun kəsilməsinə etiraz etdiyinə görə hücuma məruz qalıb.
Nicat Əmiraslanov baş verənlərlə əlaqədar Binəqədi rayonu, 4-cü polis bölməsinə şikayət edib. “Bölmədə təhqiqatçı Natiq Təhməzovun ”səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" deməyi mənə döyülməkdən də pis təsir elədi", - deyə Qarabağ əlili bildirib./Azadlıq

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
522

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
95
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru