Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2014
16:27
1543
Daha bir Qarabağ əlili etiraz edir

FaktXəbər-in verdiyi məlumata görə, Qarabağ müharibəsi əlilləri üçün tikilən mənzillər kənar şəxslərə satılır. Bu barədə II Qrup Qarabağ Müharibəsi əlili  İsmayıl Rəsulov bildirib. O, bununla əlaqədar olaraq prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaradağ Rayon İH-nə, H.Əliyev fondunun prezidentinə,Respublika Prokurorluğuna,Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət ünvanlayıb.

Sənəddə deyilir ki, Rəsulov İsmayıl Yəhya oğlu 27 iyul 2002-ci il tarixdə Qaradağ rayon İH başçısının sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə üzvü ilə bərabər mənzil növbəsində dayanıb. O, ilk növbədə mənzil sahəsi almaq hüququ olan vətəndaşlar siyahısında 41-ci olub.

Qaradağda Qarabağ müharibəsi əlilləri üçün 3 bina inşa olunsa da, o, mənzillərin kənar pullu adamlara satıldığını deyir: «Necə ola bilər ki,2010 cu ildə əlillik alıb növbəyə durana mənzil verilir, mənə yox?».

İ.Rəsulovun sözlərinə görə, mənzil alanlar arasında saxta əlillər,fərarilər, Qarabağda və qaradağda özünü güllə ilə vuranlar var.

Qeyd edək ki, İsmayıl Rəsulov Qarabağ döyüşlərində kəll-beyin travması alıb və kontuziya olub.Hələ də kəllə sümüyündə qəlpələr var ki, bu da onun həyatı üçün təhlükəlidir. II qrup Qarabağ əlili həmçinin şəkərli diabet xəstəsidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
22

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru