Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2014
14:01
Peykimiz internet və TV-lərimizə təsir göstərdimi?
Müşfiq Əmirov: “İstifadəçilərin istədikləri sürəti əldə etmələri mümkündür“

Azərbaycanın ilk Azerspace/Africasat-1A Rabitə Peyki kosmosa buraxıldıqdan sonra telekanalların göstərmə keyfiyyətində və internet sürətində ciddi dəyişiklərin olacağı bildirilirdi. Lakin peykin kosmosa göndərilməsindən kifayət qədər vaxtın keçməsinə baxmayaraq ortalıqda elə də ciddi bir nəticənin olmadığı bildirilir. Belə ki, telekanalların yayım keyfiyyəti ilə yanaşı internet qiymətləri əvvəlki dövrlərdə olduğu kimidir. Mövzu ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovla əlaqə saxladıq.

FaktXeber.com-a açıqlama verən nazirlik rəsmisi bildirdi ki, Azerspace/Africasat-1A Rabitə Peyki kosmosa göndərildikdən sonra ölkəyə kifayət qədər yüksək qazanc gətirib.  Ölkə rəqəmsal televiziyaya keçidin baş tutduğunu bildirən Müşviq Əmirov, yaxın zamanlarda rəqəmsal yayımın tam şəkildə tətbiq ediləcəyini söylədi: “Eyni halda Azərbaycana daxil olan internet sürətində də heç  bir problem yoxdur və ən böyük sürət qəbul edilir. Sadəcə olaraq provayderlərdən qəbul edilən internet sürətində problem ola bilər. Lakin istifadəçilərin istədikləri sürəti əldə etmələri mümkündür. “ 

Nazirlik rəsmisi onu da bildirdi ki, son illər ərzində Azərbaycanda internetin qiyməti 5 dəfə aşağı salınıb və bundan sonra da ucuzlaşma prosesi davam edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 11:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru