Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2014
23:23
Hərbi Prokurorluqdan hərbi qulluqçuların intiharı barədə açıqlama

FaktXəbər-in məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğu son günlər sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində dərc olunmuş yazılarda hərbi qulluqçuların bəzilərinin intihar səbəblərinin açıqlanmaması barədə iddiaların həqiqətə uyğun olmadığını bəyan edir.

Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir:  “Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə özünü öldürmə,  qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət alma və ya qəsdən adam öldürmə, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

Hərbi qulluqçuların intiharı və onların ölümü ilə bağlı nəticələnmiş digər hadisələr barədə kütləvi informasiya vasitələrinə lazımi məlumatlar verilmiş, lakin bir sıra hallarda intiharın səbəblərinin geniş şəkildə ictimaiyyətə açıqlanmaması istintaq sirri, bəzən isə ailə və şəxsi sirrlərin qorunması ilə bağlı cinayət prosessual qanunvericiliyi ilə hüquq-mühafizə orqanlarının üzərinə qoyulmuş vəzifənin icrası ilə əlaqədar olmuşdur. İntihar etmiş hərbi qulluqçuların ailə üzvlərinə, qanuni nümayyəndələrinə intiharla bağlı istintaqın gəldiyi nəticə barədə tam və dolğun məlumat verilmiş, istintaqı tamamlanmış cinayət işləri üzrə həmin şəxslərə iş materialları ilə tanış olmaq və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirtmək üçün şərait yaradılmış və mahiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş cinayət işləri üzrə açıq məhkəmə iclasları keçirilərək müvafiq məhkəmə qərarları qəbul olunmuşdur. 

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidməti ötən ildə baş vermiş intihar hadisələrinin səbəbləri barədə ictimaiyyətin məlumatlandırılmaması məsələsinin kütləvi informasiya vasitələrində yenidən gündəmə gətirilməsinin cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etdiyini, müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş işlərə kölgə saldığını təəssüflə qeyd etməklə bu cür fikirlərin sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılmasını yolverilməz hesab edir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47851

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45941

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47570

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47151

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52731

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46787

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47234
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 13:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru