Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2014
13:17
20 Yanvar günü hava şəraiti küləkli və yağıntılı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, sabah gecəyə doğru Bakıda şimal küləyi əsməyə başlayacaq. Yanvarın 19-u günün ikinci yarısından başlayaraq, ölkə üzrə havanın temperaturunun azalması müşahidə ediləcək.

Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir bir qədər güclənəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da havanın temperaturunun gecə 2-5, günün birinci yarıısnda 10-15 dərəcə isti, axşama doğru 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər hava tutqun olacaq, şimal küləyi əsəcək, havanın temperaturu 5 dərəcə isti təşkil edəcək.

Gündüz buludlu hava şəraitinin davam edəcəyi, günün ikinci yarısında havanın az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi arabir güclənəcək. Havanın temperaturu 5 dərəcəyədək isti olacaq.

Axşam havanın arabir yağıntılı olacağı gözlənilir, şimal küləyi əsəcək. Temperatur 3 dərəcəyədək isti olacaq.

Yanvarın 19-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Yanvarın 20-də Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Balakən-Şəki zonasında yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyə qədər şaxta olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43290

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41583

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43224

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42677

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48214

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42741

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43159
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 09:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru