Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2014
20:47
1066
Prokurorluq qulluğa qəbulla bağlı test imtahanı keçirəcək
Vakant 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə üzrə imtahanlar 31 yanvarda keçirilməsi nəzərdə tutulur

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçiriləcək. Qurumun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, vakant 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 31 yanvar 2014-cü il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) keçirilməsi nəzərdə tutulur.

Prokurorluğa işə qəbulla bağlı müsabiqəyə buraxılmış 373 namizəd 28-29 yanvar 2014-cü ildə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcək.

Qeyd olunub ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 09 yanvar 2014-cü il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru