Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2014
10:20
Ünvanlı yardım alanlara şad xəbər

FaktXəbər-in verdiyi məlumata görə, artıq vətəndaşlar ünvanlı sosial yardımı almaq üçün lazım olan sənədlərin toplanması zamanı dövlət qurumları qarşısında saatlarla vaxt keçirməyəcəklər.  Bundan əlavə hər bir şəxs yardım almaq üçün müraciət etmək hüququ əldə edəcək. Yəni hazırda ünvanlı sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı barədə və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. Tətbiq olunacaq yeni sistemdən sonra buna ehtiyac qalmayacaq. Hazırda irəli sürülən layihə üzərində müzakirələr aparılır. Təkliflərə əsasən ünvanlı sosial yardımın təyin olunması mərkəzləşdirilmiş qaydada və elektron şəkildə həyata keçiriləcək.

Dövlət sosial təminat xidmətinin rəisi Çingiz Əliyev deyir ki, artıq yeni sistemin tətbiq olnması üçün işlərə start verilib. Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə ünvanlı sosial yardımın təyin olunması, ödənilməsi və ödənilməsindən imtina edilməsi məsələlərində şəffaflığı təmin etmək və məmur vətəndaş təmasını minimum səviyyəyə endirməkdir.

Eyni zamanda dövlət büdcəsindən ayrılan vəsaitin düzgün istiqmətdə sərf olunması da qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Ünvanlı sosial yadımın verilməsində əsas məqsəd az təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 100 manat məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və 1 il müddətinə nəzərdə tutulub. hazırda ölkədə 140 min 711 ailə ünvanlı sosial yardım alır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
434

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 22:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru