Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2014
15:10
Ünvanlı sosial yardım alan ailələrin 40 minə yaxını tərkibində 3 və daha çox uşağı olanlardır

Cari ilin yanvarın 1-nə olan məlumata əsasən, respublikamızda 615516 nəfər ailə üzvünü əhatə edən 140711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FaktXəbər-ə bildirildiyinə görə, onlardan 39852-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 8433 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 296185 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 10279 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 20253 nəfərdir.

Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat,  hər ailə üzvü üçün 29,01 manat təşkil edir.

Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılmışdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru