Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2014
13:34
1002
Dini Komitə Azərbaycandakı `sələfi`lərlə bağlı bəyanat yayıb

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Azərbaycandakı “sələfi” dini qrupu ilə bağlı bəyanat yayıb.

FaktXəbər həmin bəyanatı diqqətinizə çatdırır:

"Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə özlərini “sələfi” adlandıran dini qrupların bir sıra nümayəndələri arasında qarşılıqlı ittihamlar səsləndirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı monitorinqin nəticələrinə əsasən, “fətva” xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq ölkədəki mövcud dini duruma və ölkənin beynəlxalq imicinə mənfi təsir göstərməkdədir.
 
Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Eyni zamanda sözügedən açıqlama və materialların dini duruma birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla bütün zəruri addımlar atılacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 01:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru