Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2014
10:17
Cəlilabadda ünvanlı sosial yardım üçün sənədlərin qəbul olunmaması barədə deyilənlərə aydınlıq gətirilib

Bir üddət öncə, bəzi KİV-lərdə Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımı almaq üçün vətəndaşların sənədlərinin qəbul olunmaması, yardım üçün müraciət vaxtının bitdiyi, vətəndaşlardan sənədləri qəbul edəcək işçilərin olmaması barədə məlumatlar dərc olunmuşdu.

FaktXəbər-in verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsi bu fikirlərin tam əsassız olduğunu bəyan edib. Qurum nümayəndəsi 2013-cü ilin noyabr-dekabr ayları ərzində 1317 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edildiyini və həmin yardımların tam məbləğdə maliyyələşdirilməsinin təmin olunduğunu deyib: «Mərkəzdə vətəndaşlardan sənədlərin qəbulu və baxılması, ünvanlı dövlət sosial yardımlarının təyin olunması prosesi heç bir problem olmadan davam etdirilir».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
475

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
266
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru