Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2014
12:03
`Dərdimə çarə tapa bilməsəm, 20 yanvar faciəsi günü özümü Şəhidlər Xiyabanında yandıracam`
Azərbaycan milli-azadlıq hərəkatının iştirakçılarından biri, I qrup əlil, II qrup 20 yanvar əlili, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov belə deyib

FaktXəbər-in verdiyi məlumata görə,  Qarabağ müharibəsi iştirakçısı və 20 Yanvar əlili "Çeçen Arif" ləqəbli Arif Məhərrəmov özünü yandırmaqla hədələyib. O, şəhid və itkin ailələrinə, müharibə əlilləri və veteranlarına cəmiyyətdə olan laqeyd münasibətdən şikayət edib, ailəsində, səhhətində yaranan ciddi problemlərin onu da addım-addım intihara yaxınlaşdırdığını bildirib. Arif Məhərrəmov hətta bir dəfə dərman ataraq buna cəhd etdiyini də söyləyib: "Zaur Həsənova əvvəlcə haqq qazandırmırdım. Amma sonradan düşündüm ki, haqlıdır. Elə sıxıntılar yaşayırsan ki, çıxış yolu tapa bilmirsən".

O, çarəsizlikdən və get-gələ salinmasından bezdiyini bildirib: "Dərdimə çarə tapa bilməsəm, 20 yanvar faciəsi günü özümü Şəhidlər Xiyabanında yandıracam".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
391

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
740
Şərhlər
Nureddin Xoca tərəfindən 15-01-2014 08:28:13 tarixində yazıldı
qazi
Bəsdirin bu qazilərin adından istifadə etdiniz!
Hacı Həsən Camalov tərəfindən 15-01-2014 14:34:43 tarixində yazıldı
Doğru danış
Nurəddin Xoca, ola bilsin ki, sən Arifi yaxından tanıyırsan, amma onun sözlərində həqiqət var. Gerçəkdən də, çarələr tükəndiyində insanın ağlına bu cür fikirlər gəlməyir deyil. Allah gecindən göstərsin, başına gəlməyib, anlamaya bilərsən. Amma haqqın tapdalananda həyata nifrət, ölümə rəğbət, cənnətə həsrət keçir insanın ürəyindən. Şəxsən mən Arifin səsləndirdiyi fikri bəyənirəm.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 07:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru