
“Hesab edirəm ki, Azərbaycan əsgəri milli menyu ilə qidalanmalıdır. Ölkənin bütün imkanları vardır ki, əsgərlərə milli yemək verilsin. Xüsusilə döyüş bölgələrində əsgərlər üçün bu məsələ ciddi nəzərə alınmalıdır.”
Bu sözləri FaktXeber.com-a hərbçi-ekspert, ehtiyatda olan polkvnik-leytenant Üzeyir Cəfərov Müdafiə Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin qida rasionunun dəyişdirilməsinə dair verdiyi göstərişlərə aydınlıq gətirərkən qeyd edib. Müsahib bildirdi ki, hal-hazırda Silahlı Qüvvələr ət konserv məhsulları ilə ölkə ərazisində olan zavodlar hesabına təmin edilir. Digər zəruri qida vasitələri isə Baltik yanı ölkələrdən gətirilir:
“Sözsüz ki, qida rasionun təkmilləşdirilməsi zəruridir. Lakin bununla bağlı bir qədər başqa məlumatlar əldə etmişik. Belə ki, Müdafiə Nazirliyi yeni təchizat idarəsi yaradıb və tenderlər keçirəcək. Tenderlərin qalibi olan şirkətlər və müəssisələr əsgərləri qida ilə təmin edəcəklər. Digər tərəfdən əsgərlərin qidasına nəzarət edən qurumlar öz işlərini gücləndirməlidirlər ki, hərbi hissələrə gedib çatan ərzaq kimlərsə tərəfindən mənimsənilməsin. ”
Nazirlər Kabinetinin 2013-cü il yanvarın 3-ü tarixli qərarına əsasən əsgərlərə yeni ərzaq normasının tətbiq edildiyini bildirən ekspert, “qəribə olan budur ki, həmin qərarda köhnə ərzaq normaları qüvvədən düşmüş hesab olunub və yeni qida rasionu bütün əsgər və zabitlərə tətbiq edilməklə yanaşı onun əvəzində pul kompensasiyasının verilməsi də nəzərdə tutulub”, - deyə qeyd etdi: “Əgər əvvəllər əsgərlərə 2 yumurta verilirdisə, indi bu göstərici 4-5-ə çatdırılıb. Digər tərəfdən verilən ətin miqdarı da artırılıb. Lakin təəssüflər olsun ki, biz yenə də hərbi hissələrdən ərzaqla bağlı əli əyriliklərə, saxtakarlığa yol verilməsinə dair məlumatlar eşidirik. Bu işlərlə bağlı cavabdehlik daşıyan şəxslər yetərincə fəaliyyət göstərmirlər. “
Üzeyir bəy sonda bildirdi ki, yeni göstərişlərin nəticəsini zaman keçdikcə müşahidə edə biləcəyik.

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
20
Aprel- 20-04-2021 17:06 ETSN: Acınohur gölü quruyur
- 20-04-2021 17:00 Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub
- 20-04-2021 16:45 Deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
- 20-04-2021 16:34 Son sutkada nə qədər adam yoluxub?
- 20-04-2021 15:35 Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi
- 19-04-2021 12:30 Azərbaycanda nə qədər insan taksidən istifadə edib?
- 19-04-2021 11:41 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
- 19-04-2021 11:11 Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ
- 19-04-2021 10:58 Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu
- 19-04-2021 09:19 Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir - FOTO
- 17-04-2021 13:15 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
- 17-04-2021 12:31 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 17-04-2021 11:52 Bakıda top mərmisi aşkar edilib - FOTO
- 17-04-2021 10:40 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI