Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2014
13:38
Nəqliyyat müfəttişləri daha bir sürücünü döydülər

Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb. Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarini elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur. Kürdəmir rayon sakini 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olduğunu və 4 nəfərin hücumuna məruz qaldığını deyir.

Sürücü mülki geyimdə olan bu şəxslər müştəri kimi maşına əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər.

Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədi götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Məsələ ilə bağlı hələlik Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
242

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
261

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
488
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 16:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru