Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2014
12:35
Azərbaycan Silahlı Qüvvələrinin qida rasionu dəyişdirilir

Azərbaycan Silahlı Qüvvələrinin qida rasionunun dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib.

Dəyişiklik Müdafiə Nazirliyinin təklifləri əsasında aparılacaq. Hazırda bununla bağlı Müdafiə Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq araşdırmalar və hesablamalar aparılır.

Aparılacaq dəyişikliklər nəticəsində keçmiş Sovet ordusundan qalma bir sıra qidaların rasiondan çıxarılması, onların Azərbaycana məxsus yeməklərlə əvəzlənməsi nəzərdə tutulur.

Əsgərlərin rasionunda hansı qidaların dəyişdiriləcəyi isə aparılacaq hesablamaların sonunda qəbul ediləcək qərarlardan asılı olacaq.

Müdafiə Nazirliyi bütün hərbi hissələrdə (əvvəllər yalnız xüsusi təyinatlı hissələrdə mövcud olub) qida rasionuna əlavə olaraq meyvə və çərəzlərin daxil olunmasını təklif edib.

Qeyd edək ki, 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının yeni siyahısını təsdiq edib.

Bunadək Silahlı Qüvvələrdə hərbçilərin qidalanması 1992-ci ildə təsdiq olunmuş ümumqoşun ərzaq payı normaları əsasında həyata keçirilib. Yeni siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 28-dən 24-ə endirilib. Siyahıya pendir və cem, hər gün yumurta verilməsi (əvvəllər həftədə 1 dəfə) əlavə olunub./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19787

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18392

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19742

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19313

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24856

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19311

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19451
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 05:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru