Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2014
20:59
1431
Özünü yandıran Qarabağ əlili ilə bağlı yeni sənəd
Sənəddə qeyd edilir ki, mübahisəli kafeyə çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ötən ilin son günlərində Bakının mərkəzində özünü yandıraraq intihar edən Qarabağ əlili Zaur Həsənovla bağlı yeni sənəd yayılıb. Konfederasiyadan ANS PRESS-ə verilən məlumata görə, Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi göstərildi. İaşə obyekti sökülmüş, banklardan götürülmüş vəsait geri qaytarılmamış, bank faizləri artırılıb.

AHİK-in yaydığı sənəd “Edis Qroup” şirkəti 2011-ci il avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kassasiya şikayətidir. Həmin şikayətin bir bəndini belədir:
“04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kv metr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar”.

Qeyd edilir ki, Bibi-Heybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olub. Bibi-Heybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. “2008-ci ildə Z.Həsənov “Edis Qroup” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi və s. üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul esib.Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb”.

Çətin ki, bu AHİK-in bu açıqlaması oxucularımıza xoş olsun. Bizcə, bu sənədlər Qarabağ əlili özünü yandırıb, 5 uşağını və həyat yoldaşını taleyin ümidinə buraxmaq üçün əl atdığı dəşhətli əməldən sonra deyil, əvvəl araşdırılmalı idi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
30

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1655
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru