Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2014
12:23
1874
Elxan Mehdiyev: ”Qarabağın azadlığı üçün ələ düşən fürsətlər vaxtında düzgün dəyərləndirilməyib. Azərbaycan rəhbərliyinin Qarabağı azad etmək fikri və planı yoxdur”

Kremlə xüsusi yaxınlığı ilə seçilən rusiyalı politoloq, professor Aleksandr Duqin bir neçə ay bundan öncə Qarabağ münaqişəsi ilə bağlı gözlənilməz bir açıqlama vermişdi. Politoloq həmin ərəfədə bildirmişdi ki, Azərbaycan rəhbərliyi Soçi olimpiyada oyunları ərəfəsində Rusiyanın bu tədbirə başının qarışmasından istifadə edərək Dağlıq Qarabağda qısa müddətli geniş hərbi əməliyyatlara başlaya bilər. Olimpiya oyunlarına sayılı günlərin qaldığını nəzərə alaraq rusiyalı ekspertin fikirlərin nə dərəcədə reallaşacağına dair münasibət öyrənmək üçün konfliktoloq Elxan Mehdiyevə müraciət etdik. FaktXeber.com-a açıqlama verən Elxan bəy bildirdi ki, Duqinin verdiyi açıqlama reallığı əks etdirmir və hər hansı bir hərbi əməliyyatdan söhbət gedə bilməz. 

 

Azərbaycan rəhbərliyinin Qarabağı azad etmək fikri və planı olmadığını söyləyən politoloq, “bu proqnozu o ölkəyə aid etmək olar ki, həmin ölkə torpaqlarını azad etmək üçün hər hansı bir məqam gözləsin. Belə bir gözləmə isə Azərbaycan hakimiyyətində yoxdur”, -deyə bildirdi: “Digər tərəfdən düşünmürəm ki, Soçi olimpiya oyunları Qarabağın işğaldan azad edilməsi üçün xüsusi bir fürsətdir. Çünki, olimpiya oyunları qonşu ölkəmizdə keçirilir və onlar da bu tədbirə neçə illərdir ki, hazırlaşırlar. Azərbaycanın hərbi əməliyyatlarla bağlı hər hansı bir addım atması neçə illərdir olimpiya oyunlarına hazırlaşan Rusiya üçün hörmətsizlik olar. Həmçinin belə bir addım Rusiya tərəfindən müsbət də qarşılanmaz. Əslində bu günə qədər torpaqlarımızın azadlığı üçün lazımı fürsətlər olub və torpaqlarına azad etmək istəyənlər bu fürsətlərdən vaxtında istifadə etməli idi.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
2

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru