Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2014
11:03
Uşaqların döyülməsi ilə bağlı qəbul ediləcək qanun da kağız üzərində qalacaq
Yusif Bəkirov: “Qanunların icrası üçün xüsusi dövlət proqramı hazırlanmalıdır”

Azərbaycanda 14 yaşına qədər olan uşaqlara qarşı bütün hallarda cismani cəza qadağan olunacaq. Milli Məclisin Sosial siyasət komitəsindən verilən məlumata görə, bununla bağlı yeni “Uşaqların cismani cəzadan qorunması haqqında” qanun layihəsi hazırlanıb, eyni zamanda yeni qanundan irəli gələrək Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr də ediləcək.

Yeni qanunda ailələrdə, uşaq evlərində, bağçalarda, məktəblərdə, eləcə də uşaq həbsxanalarında uşaqların cismani cəzadan qorunması ilə bağlı qabaqlayıcı müddəalar öz əksini tapıb. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.

Yeni qanundan irəli gələn müddəalara əsasən isə Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı məsuliyyət yaradacaq maddələr də əlavə olunacaq. Bura müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş 3 il müddətinə qədər həbs nəzərdə tutulur. Bəs belə bir qanun layihəsinin həlli uşaqların fiziki zorakılığa məruz qalması ilə bağlı problemlərin qarşısını ala biləcəkmi? Onu da nəzərə alaq ki, ölkədə uşaqların fiziki zorakılığa məruz qalması ilə bağlı ciddi problemlər var. 

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov maraqlı fikirlər səsləndirdi. Müsahib bildirdi ki, ölkədə qanunlar qəbul olunsa da onların icraatı ilə bağlı ciddi problemlər var: 

“Necə ki, 1998-ci ildə valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial rifahının yaxşılaşdırılmasına dair qanun layihəsi qəbul edilmişdi. Bu qanuna əsasən internatı qurtaran uşaqlar ev və işlə təmin olunmalı idi. Lakin ortalıqda heç bir ciddi nəticə yoxdur. Bir sözlə qanun kağız üzərində qaldı. Uşaqların fiziki zorakılığa məruz qalması ilə bağlı qanunlarında işləyib-işləməməsi hələ ki, sual altındadır. Əslində qanunların işləmə mexanizmləri üzərində ciddi şəkildə düşünülməlidir. Qanunların icrası üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Yalnız bundan sonra hansısa ciddi nəticələr əldə etmək olar.”

Yusif bəy onu da bildirdi ki, problemlə mübarizəyə ilk öncə məktəblərdən başlanılmalıdır: “Bəziləri düşünürük ki, müəllimlər göydən gəliblər və onlar uşaqlara əl qaldıra bilərlər. Və ya məktəbdə daima müəllim tərəfindən vurulan müəllimlər belə bir mühitdə böyüdükləri üçün elə, düşünürlər ki, bizdə eyni üsuldan istifadə edə bilərik.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
250

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
236

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
231

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
268

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
262
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 12:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru