Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2014
12:12
Bayram günlərində Bakıda təcili tibbi yardım xidmətlərinə edilən çağırışlar daha çox uşaqlarla bağlı olub

Bayram günlərində (dekabrın 3-dan yanvarın 6-dək) Bakıda təcili tibbi yardım xidmətlərinə edilən çağırışlar daha çox uşaqlarla bağlı olub. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, 2013-cü ilin dekabrın 30-dan 2014-cü ilin yanvarın 6-dək BŞTTTYS-yə 16 500-ə yaxın müraciət daxil olub. Gün ərzində stansiyaya 2000-3000 müraciət edilib. Müraciətlərin çoxu uşaqlarda kəskin respirator xəstəliklərlə bağlı olub.

Z.Vahidova deyib ki, əgər adi günlərdə stansiyaya uşaqlarla bağlı 200-220 müraciət daxil olurdusa, bayram günlərində belə cağırışların sayı 450, bəzən isə 480-ə catıb. Bayram günlərində böyük yaşlı insanlar isə daha çox arterial təzyiqlərindən şikayət etdikləri üçün təcili tibbi yardım xidmətlərinə müraciət ediblər.

Z.Vahidova cağırışların sayının artmasını bayram günlərində poliklinikaların işləməməsi ilə izah edib.

Şöbənin böyük həkimi onu da əlavə edib ki, Yeni il bayramı günlərində mədə-bağırsaq sisteminin pozğunluqları və qida zəhərlənmələri ilə əlaqədar edilən müraciətlərin sayında artım baş verməyib. Adi günlərdə olduğu kimi, bayram günlərində də mədə-bağırsaq sisteminin pozğunluqları və qida zəhərlənmələri ilə əlaqədar stansiyaya gün ərzində 1-3 müraciət daxil olub.

Z.Vahidova Yeni il bayramı günlərində belə müraciətlərinin sayının artmamasının səbəbini daha çox hava şəraitinin soyuq keçməsi və qidaların da soyuq şəraitdə saxlanılması ilə izah edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 21:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru