Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2013
13:08
2016
Azər Mehdiyev: `Zaur Həsənova göstərilən münasibətləmi Qarabağı geri qaytaracağıq? Bu hadisə Zaurun uşaqlarının yaddaşından heç vaxt silinməyəcək və beyinlərində həmişəlik iz buraxacaq`

Qarabağ döyüşlərinin iştirakçısı və müharibə əlili Zaur Həsənov ona qarşı edilən haqsızlığa görə özünü yandırandan sonra ona sökülən obyektinin kompensasiyası olaraq 100 min manat ödənildi, övladlarının hər birinə ayda 300 manat yardım verilməsi qərara alındı və özünün də müalicə olunacağı bildirildi. Ailəyə pulun ödənilməsi QHT-lərin iştirakı ilə həyata keçirdilər, hətta TV-lər vasitəsilə də yayımladılar. Bu o deməkdirmi ki, problem həllini tapdı və haqq yerini tutdu?! Əsla, belə deyil. 

Əksinə, problem daha da kəskinləşdi, şaxələndi... 

1. Problemin bu həddə çatanacan həll edilmədiyinə görə heç bir qurum və heç bir məsul şəxs məsuliyyətə cəlb edilməyib. Bu isə o deməkdir ki, oxşar hallar davam edə bilər və edəcək... 

2. İnsanın özünəqəsd səviyyəsinə çatdırılmasına görə heç kəs ( o cümlədən Zauru lağlağıya qoyan polislər də daxil olmaqla) məsuliyyətə cəlb edilməyib...

3. Adam özünü uşaqlarının gözü qarşısında yandırıb. Hadisənin bu uşaqların (və bütövlükdə ailənin) psixologiyasına vurduğu yaraların belə ödənişlərlə sağalacağınamı ümid edirsiniz? Bu hadisə onların yaddaşından heç vaxt silinməyəcək və beyinlərində həmişəlik iz buraxacaq və hər zaman onları izləyəcək... 

4. Bu hadisə bir Qarabağ döyüşçüsünə olan münasibətin ifadəsidir. Belə münasibətləmi gənclərə vətənpərvərlik ruhu aşılamaq istəyirlər? Belə münasibətləmi Qarabağı geri qaytaracağıq?

5. Diqqət yetirin: hadisələrlə bağlı hər zaman hüquqi aspekti qabardıb qanunun Zaurun əleyhinə olduğunu söyləyirlər. Heç də belə deyil. Zaura həmin torpaq hissəsinin verilməsi ilə bağlı qanunlarda olan boşluqlara görə Zaurun heç bir suçu yoxdur. Torpağı ona belə sənədlərlə verən dövlət institutları və qanunlarda bu qədər ziddiyyətli məqamlar yaradan qanunvericilik institutları günahkardır. Yəni bunun məsuliyyəti də vətəndaşın deyil, dövlətin üzərindədir. Yaxud, dəniz kənarı torpaqların müstəsna olaraq dövlətin mülkiyyətində olması ilə bağlı qərar yalnız bu vətəndaşa münasibətdə şamil olunmalıdırmı?... 

6. Hətta məsələnin maddi tərəfinə baxsaq belə, görürük ki, hadisənin baiskarları çox ucuzuna qurtulmaq istəyirlər. Əgər ölkədə normal məhkəmə sistemi olsaydı (bu olsaydı, yəqin ki, işlər gəlib bu həddə çatmazdı...), onda Zaurun ailəsi onlara dəyən maddi və mənəvi ziyana görə Həm Həmkarlar İttifaqı Konfederasiyasına, həm də bəzi dövlət qurumlarına qarşı bundan dəfələrlə böyük məbləğdə iddia qaldıra bilərdi...

7. Bu hadisə üzləşdikləri çoxsaylı problemləri heç cür həll edə bilməyən insanlar üçün presedentə çevrilməyəcək ki?.. 

8. Bu hadisələrdə bəzi media və vətəndaş cəmiyyəti təmsilçilərinin davranışları da cəmiyyətin hara sürükləndiyini göstərməklə xüsusi müzakirə tələb edir... 

Əlavə qeyd ediləsi məsələlər də qalmamış deyil. Lakin elə bunlar kifayətdir ki, atılan addımların problemin həlli olmadığı aydın olsun. Buna görə də Zaurun ailəsinə edilən bu ödənişlər hadisənin qapadılmasına əsas olmamalıdır. Hətta Zaurun ailəsi bunun qapadılmasını istəsə belə...

İqtisadi Təşəbbüslərə Yardım

Mərkəzinin rəhbəri Azər Mehdiyev

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
45

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
749

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
54

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
36

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
118

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1862
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru