Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2013
11:59
1659
Nazirlik özünü yandıran Qarabağ əlilinin vəziyyətini açıqlayıb

Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin vəziyyətini açıqlayıb. Səhiyyə Nazirliyi özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun son durumu ilə bağlı açıqlama verib.

Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya bildirib ki, xəstənin yaraları periodik olaraq işlənir, şok əleyhinə terapiya aparılır: “Həyatı vacib orqanlarının normal fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Xəstə hazırda reanimasiyadadır, səhhəti ağır-stabil olaraq qalır”.
 
Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
609

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru