Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2013
16:02
3166
Özünü yandıran Qarabağ əlilinə 100 min manat ödəniləcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib ki,  Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə  300  (üç yüz) manat məbləğində aylıq yardım verilir.

Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək.

Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

Bu gün Qarabağ qazilərinin nümayəndələrinin və H. Həsənovun AHİK-in sədri, millət vəkili S. Mehbalıyevlə görüşü olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
526

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
97
Şərhlər
Meryem tərəfindən 27-12-2013 16:25:42 tarixində yazıldı
~~~~~~~
Bunlari etmek uchun bu adamin ozun yandirmasin gozleyirdiler?? hara baxirdilar bu zamana kimi
haji kenan tərəfindən 27-12-2013 20:51:04 tarixində yazıldı
basliksiz
niya gore devlet sayilan desak bela bir hadisa yaranmamish yardim eda bilmazdilar beyam.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru