Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2013
15:36
1038
Müsavat Partiyası Qarabağ qazisinin müdafiəsinə qalxdı

Müsavat Partiyası bir neçə gün öncə özünü yandırmış Qarabağ qazisi Zaur Həsənovun müdafiəsinə qalxıb. Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə daxil olan bəyanatda deyilir: "Bibiheybət qəsəbəsində yerləşən obyektinin qanunsuz sökülməsinə etiraz olaraq Qarabağ qazisi Zaur Həsənov dekabr 25-də Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandıraraq, intihara cəhd edib.

Yayılan məlumatlardan aydın olur ki, Qaqrabağ qazisi Zaur Həsənov ona bələdiyyə ilə bağladığı müqavilə əsasında 2015-ci ilin sonuna qədər işlətmək üçün verilən yerin ondan qeyri-qanuni alınmasına və bu müqavilənin məhkəmə tərəfindən etibarsız edilməsinə etiraz edib. Lakin onun bu etirazı əlaqədar təşkilatlar tərəfindən heç bir araşdırılma aparılmadan qəbul edilməyib.

Müsavat Partiyası bunu faktiki olaraq cəmiyyətdəki real vəziyyətin, istər Qarabağ qazilərinin, istərsə də cəmiyyətin aztəminatlı hissəsinin acınacaqlı həyatından doğmuş bir hadisə kimi dəyərləndirir. Azərbaycanda korrupsiya, məmur özbaşınalığı, eyni zamanda insanların öz hüquqlarını məhkəmə vasitəsilə təmin edə bilməməsi belə acınacaqlı hadisəyə gətirib çıxarıb. Hazırda ölkədə hər gün onlarla insan, vətəndaş məhz məmur özbaşınalığına, qanunların icra olunmamasına, haqlarının təmin edilməməsinə etiraz olaraq özünə qəsd etməyi düşünür. Ölkədə demokratik şərait olmayınca, sosial ədalət təmin edilməyincə bu tipli hadisələrin tez-tez baş verməsi ehtimalları mövcuddur.

Müsavat Partiyası bu məsələdə birbaşa günahkar olan adamların dərhal məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb edir."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
74

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Şərhlər
pərviz salihov tərəfindən 27-12-2013 11:51:19 tarixində yazıldı
kimdən tələb edir...?
"Müsavat Partiyası bu məsələdə birbaşa günahkar olan adamların dərhal məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb edir." Bu fikir Musvat partiyasına məxsusdur. Amma bilinmir ki, tələb kimə ünvanlanıb. Musavatın bu yanaşması "mənim səndən-sənə şikayətim var" mahnısına bənzəyir.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru