Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2013
15:01
1471
Xəstəxanadan qaçan dəlilərdən `Kalaşnikov` avtomatı, patronlar, tapança aşkarlanıb

Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər prokurorluğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmış daha bir nəfərin tutulması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, axtarışda olan Razim Hacıyev dekabrın 26-da paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb. Baxış zamanı R. Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq  aşkar edilərək götürülüb.

Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
130

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
525

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
75

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
43

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 02:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru