Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2013
16:16
1899
Qarabağ qazisinin məsələsi parlamentə çıxarılacaq
İqbal Ağazadə: “40 kvadratmetr obyektə görə Qarabağ əlili özünü öldürmə həddinə çatdırılırsa, onda vay bu məmləkətin halına”

Dünən I qrup Qarabağ əlili Zaur Həsənovun Həmkarlar Konfederasiyasının binasının önündə özünü yandırması ölkə mediasında və gündəmində şok effekt yaradan hadisələrdən oldu. Baş verən olay cəmiyyətin müxtəlif spektirlərində geniş etirazla qarşılandı. Artıq olayla bağlı dekabrın 26-da şəhərin mərkəzində etiraz aksiyası təyin olunub. Problemin Milli Məclisdə qaldırılacağı ilə bağlı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən millət vəkili bildirdi ki, baş verən olayı mütləq şəkildə Milli Məclisin iclasında məsələ qaldıracaqlar. 

Qarabağ əlilinin özünü yandırması ilə bağlı Baş Prokurorluğunun cinayət işi açmasının zəruri olduğunu bildirən İqbal bəy, “Respublika Prokurorluğu özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırmalıdır. O, cümlədən baş verən olayın mənəvi tərəfləri də mövcuddur”, - deyə qeyd etdi: “İddia olunduğu kimi 40 kvadratmetr obyektə görə Qarabağ əlili özünü öldürmə həddinə çatdırılırsa, onda vay bu məmləkətin halına.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
49

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1068
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru