Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2013
14:27
2354
YAP-çı deputat özünü yandıran Qarabağ əlili barədə nə dedi?
Aydın Mirzəzadə: “İstərdim ki, vətəndaşlar özlərini belə ifrat yolu ataraq həyatları üçün əlavə problemlər yaratmasınlar”

“Hesab edirəm ki, məsələlər emosiyasız, təmkinlə və faktlara əsasən yanaşmaq düzgündür. Həmkarlar Konfederasiyası tərəfindən də məsələ ilə bağlı açıqlama verildi və məlum oldu ki, özünü yandıran Qarabağ əlilinin torpaq məsələsi məhkəmədə öz həllini tapıb. Çox təəssüf ki, vətəndaş problemin yolunu hüquq formada həll etməkdənsə, belə bir addım atdı.”

Bu sözləri FaktXeber.com-a YAP-çı millət vəkili Aydın Mirzəzadə Qarabağ əlili Zaur Həsənovun Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandırması olayına münasibət bildirərkən qeyd edib. Baş verən olayda müxalif dairələrin istifadə edərək insanları qızışdırmağa çalışdığını söyləyən millət vəkili, “ düşünərəm ki, hüquqi dövlətdə yaşadığımıza görə istənilən məsələ hüquqi formada öz həllini tapmalıdır. Hər halda istərdim ki, vətəndaşlar özlərini belə ifrat yolu ataraq həyatları üçün əlavə problemlər yaratmasınlar”, - deyə bildirdi.

“Özünə qəsd edən Zaur Həsənov iki məhkəmə instansiyasına şikayət ünvanlanmasına baxmayaraq, probelemi öz həllini tapmadı. Belə bir vəziyyətdə hansı hüquqi həll variantdan danışmaq mümkündür”, - sualını da cavablandıran Aydın Mirzəzadə bildirdi ki, Zaur Həsənov üçün hüquqi prosedurlar hələ sona çatmamışdı: “Onun özünü yandırması cəmiyyət tərəfindən təbii ki, ürək yanğısı ilə qəbul edilə bilər. Lakin bu o demək deyil ki, məhkəmənin verdiyi qərar doğru deyildi. Hər halda bu addımı atmamaq da olardı.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
25

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru