Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2013
10:10
1191
`Qarabağ əlilini özünü öldürmək həddinə çatdıranlar İlham Əliyevə güvənirlər`
Əli Kərimli: "Onlar arxayın olublar ki, İlham Əliyev sadə insanın yox, korrupsioner məmurların arxasında duracaq"

AXCP sədri Əli Kərimli dünən Bakıda baş vermiş tükürpədici olayla bağlı fikirlərini bölüşüb. Qarabağ qazisinin məmur özbaşınalığı üzündən özünü yandırmasına münasibət bildirən AXCP sədri "facebook" səhifəsində yazır:

"Məlum olur ki, bu gün özünü yandırmaqla həyatına qəsd etmiş Qarabağ qazisi Zaur Həsənov bu qərarı emosianal vəziyyətdə, hüquqşünasların dililə desək, güclü ruhi-həyəcan vəziyyətində verməyib. Bu adamın faciəsi iyun ayından davam edirmiş. Məruz qaldığı haqsızlıqdan ən müxtəlif instansiyalara dönə-dönə şikayət etmiş Qarabağ qazisi çarəsizlikdən intihar edəcəyini də dəfələrlə deyibmiş, yazıbmış. Amma onun bu SOS siqnalları heç kimi narahat etməyib. Onun ailəsinin son dolanışıq imkanını da əlindən alıblar. Hamımızın gözü qarşısında Qarabağ qazisi özünü öldürmək həddinə çatdırılıb. Bəs onu özünü öldürmək həddinə çatdıranlar nəyə arxayın olub, kimə güvənib bu cinayəti törədiblər?

Zaur Həsənovu özünü öldürmək həddinə çatdıranlar və bu cinayətdən xəbərdar olub, lakin qarşısını almayanlar əmin olublar ki, bu ölkədə sadə insanın, xüsusən də Qarabağ qazisinin heç bir qiyməti yoxdur. Onlar arxayın olublar ki, İlham Əliyev başda olmaqla, hakimiyyət özünü öldürmək həddinə çatdırılmış sadə insanın yox, korrupsioner məmurların arxasında duracaq. Onlar bilirdilər ki, ədalət mühakiməsi adına təhqir olan yerli məhkəmələrdə istənilən cinayəti ört-basdır etmək mümkündür. Onlar inanırdılar ki, xalqımız da baş verənləri "xəyal ürünü" olan bir film kimi sadəcə, seyr edəcək".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
28

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
30

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
112

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru