Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2013
16:51
1955
Ermənistan Gömrük İttifaqına üzvlüyü fonunda Qarabağı necə edəcək?
İlqar Vəlizadə: “Gömrük İttifaqı ölkələri Ermənistanın quruma daxil olması ilə bağlı qərar qəbul edəcəkləri halda belə, Dağlıq Qarabağ bir kənarda qalacaq”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Gömrük İttifaqına daxil olması kontekstində Dağlıq Qarabağ məsələsini qaldırıb. Dekabrın 24-də Moskvada Avrasiya Ali İqtisadi Şurasının iclasında Nazarbayev bildirib ki, ölkəsi Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında “yol xəritəsini” imzalamağa hazırdır, amma xüsusi rəy ilə, belə ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinin aydınlaşdırılmasını tələb edir. Nazarbayevin bu çıxışı sözün əsl mənasında Ermənilərin kefinə soğan doğrayıb. Bəs Qazaxıstan prezidentinin bu tələbi Ermənistanın Qarabağla bağlı mövqeyinə necə təsir göstərəcək? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən politoloq İlqar Vəlizadə maraqlı fikirlər səsləndirdi. İlqar bəyin sözlərinə görə, Nazarbayevin çıxışı kifayət qədər məntiqə uyğundur. Azərbaycanın Qazaxıstan üçün xüsusi önəm kəsb etdiyini bildirən ekspert, “ona görə də Nazarbayev Azərbaycanın narazılığına gətirib çıxaracaq addım atmaq istəmir. Qazaxıstanın MDB məkanında kifayət qədər böyük nüfuza və təsir gücünə sahib çıxdığını nəzərə alsaq deyə bilərik ki, digər MDB ölkələri də Nazarbayevin fikirləri ilə bölüşəcəklər”, - deyə qeyd etdi: “Xüsusilə Belarusu qeyd etmək mümkündür. Lukaşenkonun Azərbaycana səfəri ərəfəsində açıq şəkildə bildirildi ki, Belarus tərəfindən Azərbaycanın maraqlarına ziddi olacaq heç bir addım atılmayacaq. Eyni halda düşünürəm ki, Rusiya da Nazarbayevin bu fikrini dəstəkləyəcək. Çünki Qarabağ Rusiya tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb və çox güman ki, Gömrük İttifaqı ölkələri Ermənistanın quruma daxil olması ilə bağlı qərar qəbul edəcəkləri halda belə, Dağlıq Qarabağ bir kənarda qalacaq.”

Politoloq onu da bildirdi ki, baş verənlər Ermənistan üçün bir mesajdır: ”Ermənistan başa düşməlidir ki, harasa üzv olmaqları ora Qarabağın da daxil olacağına əsas vermir. Baş verənlər Ermənistanın xarici siyasətinin iflası deməkdir. Ermənistan əslində Gömrük İttifaqına ona görə daxil olurdu ki, Dağlıq Qarabağa hansısa təhlükəsiz zona çərçivəsində şərait yaratsın. Lakin görünən budur ki, ermənilərin arzuları ürəyində qalacaq.”

Məqalədə : 0503479091 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
63

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru