Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2013
13:44
667
Qarabağ və Gürcüstan azərbaycanlılarının problemləri” mövzusunda dəyirmi masa keçirilib
"Gürcüstan azərbaycanlıları viza rejimi ilə bağlı ciddi problemlər yaşayırlar"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə “Qarabağ və Gürcüstan Azərbaycanlılarının problemləri” mövzusunda dəyirmi masa keçirilib.

 FaktXeber.com-un verdiyi məlumata görə, dəyirmi masada Mina Qurbanlarına Dəstək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov,  Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, müavini Cəfər Dal, “Məşəl” İctimai Birliyinin sədri Alman Abbasov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov, Qarabağ Qazilər birliyinin sədri Etimad Əsədov, Vətən Əlilləri və Veteranları ictimai birliyinin sədri Firudin Məmmədov,  Demokratik Cəmiyyət və Qadın Hüquqları Müdafiəsi ictimai birliyinin sədri Abdullayeva Mehriban, Nardaran Ağsaqqallar birliyinin sədri Natiq Kərimli, Millət vəkilləri: Aqil Abbas, Fazil Mustafa, İlyas İsmayılov, ictimai-siyasi xadimlərdən Tahir Kərimli, Zəlimxan Məmmədli, siyasi icmalçı Mübariz Əhmədli, bundan başqa bir sıra mətbu orqanların sədr və nümayəndələri, QHT və siyasi partiya sədrləri də iştirak ediblər.

İlkin olaraq çıxış edən QAT sədri Akif Nağı Gürcüstanda yaşayan soydaşlarımızın problemlərindən danışdı. Gürcüstandakı azərbaycanlıların hal-hazırda təhsil, viza rejimi, kənd təsərrüfat məhsullarının satışı sahəsində və ermənilərlə bağlı problemlərinin olduğunu bildirən Akif bəy, bu istiqamətdə təcili işlərin görülməsinin zəruri olduğunu söylədi: 

“Gürcüstandakı Azərbaycan məktəblərinin əksəriyyətinin təmirə və maddi texniki bazasının gücləndirilməsinə ehtiyac var. Bir neçə ildir ki, Azərbaycandan dərsliklərin xüsusilə də əlifba dərsliklərinin göndərilməməsi ciddi problemlər yaradıb. Digər tərəfdən soydaşlarımızın yetişdirdikləri kənd təsərrüfat məhsullarının  Azərbaycana gətirə bilmir, ucuz qiymətə Gürcüstanda, hətta Ermənistanda satmağa məcbur olurlar. Bu məsələdə problemlər Qırmızı körpü və Balakən gömrük-keçid məntəqələrində süni şəkildə yaradılan əngəllər, rüşvətxorluq, inhisarçılıq əməlləri ilə bağlıdır.” 

QAT sədri onu da əlavə etdi ki, Gürcüstan azərbaycanlıları viza rejimi ilə bağlı ciddi problemlər yaşayırlar: “Başqa ölkələrdən fərqli olaraq Gürcüstanda yaşayan azərbaycanlılar üçün sadələşdirilmiş viza rejiminin tətbiqinə ciddi ehtiyac var

Bundan sonra tədbir digər qonaq və iştirakçıların çıxışları ilə davam etdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru