Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2013
12:16
5 uşaq atası olan Qarabağ əlili özünü yandırdı - Şok fotolar
Həmkarlar İttifaqının qarşısında dəhşətli intihar; Zaur Həsəsnovun durumu ağırdı

II qrup Qarabağ əlili Zaur Həsənov bu gün səhər saat 11-də Respublika Həmkar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırdı. Biz hadisə yerinə çatanda ətrafdakılar onu bürüyən alovu söndürsələr də Qarabağ əlili ağır yanıq xəsarətləri almışdı. Saat 11.15-də hadisə yerinə təcili tibbi yardım maşını gəldi. Zaur Həsənovun Kliniki Tibbi Mərkəzin yanıq şöbəsinə yerləşdiyi bildirlir.

Qeyd edək ki, Qarabağ əlilinin mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub. Onun özü təxminən 3 ay əvvəl "Bizim Yol"a məlumat vermişdi: “Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi”.

Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildirirdi: “Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam”.

Hadisə ilə bağlı geniş reportajı birazdan saytımızda təqdim edəcəyik. Bizi izləyin.





Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48080

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46137

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47795

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47396

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52948

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47004

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47405
Şərhlər
Həsən Camalov tərəfindən 25-12-2013 10:51:53 tarixində yazıldı
Ürəyim cızıldadı
Bu Şəxsi bu hala düşməsinə səbəb olanları görüm yerin dibinə batsın. allah bəlasını versin o Mehbalıyevin də ona süü tutanların da. Heç gör 5 uşaq atasına bu hal rəvamıdır? Onun böyütdüyü o 5 uşaqdan sən gələcəkdə hansı vətənpərvərliyi gözləyirsən ay mənim Həmvətənim ? Bu insanlar niyə belə daş ürəkli olub axı...............
Anonim tərəfindən 25-12-2013 15:55:02 tarixində yazıldı
dehset
nebilime vallah bu deq bu dovletde heckim konkret sozunu diye bilmir!!!! ici men qarisig cunki niye ? ona gore ki agzimizi acib hiq eliyen kimi iki dubinka iki tepik getdik wobeye men basqa soz tapmiramki wexsen deyim ureyim rahatlawsin bir elac qalibb yalniz ve yalniz oda ALLAHDI ALLAH ozu bilen meslehetdi ALLAH harinlamiwlari yoluna qaytarsinn AMIN!!!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 04:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru