Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2013
15:02
Vladimir Putin rusiyalı oliqarxı hansı şərtlə azadlığa buraxıb?

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyada dövlət əmlakını mənimsəmək, çirkli pulların yuyulması və vergi qaçaqmalçılığında təqsirli bilinərək 10 il həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan Mixail Xodorkovski Berlində mətbuat konfransı keçirib. "YUKOS" şirkətinin sabiq rəhbəri amnistiya ilə sərbəst buraxıldıqdan sonra mətbuata ilk açıqlamasında deyib ki, xaricə çıxış zəmanəti verilməzsə, Rusiyaya geri qayıtmayacaq.

Rusiyalı oliqarx daha sonra əlavə edib ki, siyasi fəaliyyətlə məşğul olmaq və sahib olduğu şirkəti geri qaytarmaq kimi fikri də yoxdur. "Həbsdən buraxılarkən Rusiyanı tərk etməyimi istədilər. Bu ölkəyə yalnız xaricə qayıda biləcəyimdən əmin olduğum vaxt geri qayıdaram. Hazırda ailə vəziyyətim belə olmasını tələb edir. Barəmdə açılan ilk iddia hələ də bağlanmayıb. Buna görə, qanuni səbəblərlə xaricə çıxışıma qadağa qoya bilərlər. Almaniyaya gəlməkdən başqa variantım yox idi. Gecə 2-də məni oyadıb evə gedəcəyəmi söylədilər. Yalnız təyyarəyə minərkən hara getdiyimi anladım. Almaniyaya daxil olmağıma icazə verən və mənə 1 illik viza haqqı tanıyan Angela Merkelə təşəkkür edirəm. Ailəmi dolandıracaq qədər pulum var. Futbol klubu satın almaq fikrində deyiləm. Daha çox pula ehtiyacım olsa yeni iş quracam.",-deyə Mixail Xodorkovski əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
357

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:13





  [email protected]l.com

Valyuta.com

Рейтинг@Mail.ru