Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2013
12:24
Mövsüm Səmədovun həbsdə qalmasını istəməzdim
İlyas İsmayılov: “Mövsüm Səmədovun azadlığa çıxması ilə bağlı mənim müraciətimin təsiri olarsa, çox böyük məmnuniyyətlə edərdim”

31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə ölkədə əfv fərmanının imzalanacağı bildirilir. Bu barədə bir neçə hüquq müdafiəçisi, millət vəkilləri açıqlama veriblər. Lakin maraqlı olan budur ki, hüquq müdafiəçiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri bu dəfə də hansısa siyasi məhbusla bağlı əfv komissiyasına müraciət edəcəklərmi? Mövzu ilə bağlı Ədalət Partiyasının sədri İlyas İsmayılova müraciət etdik. Onu da xatırladaq ki, Ədalət Partiyası, AİP və Yaşıllar Partiyasının üzvü olduğu Vətən Blokuna daxildir.

FaktXeber.com-un “Vətən blokunun üzvü olan AİP-in günahsız yerə həbs edilən lideri Mövsüm Səmədovla bağlı əfv komissiyasına müraciət etmək fikriniz varmı”, sualını cavablandıran İlyas İsmayılov bildirdi ki, ölkədə ictimai fikrə əhəmiyyət verən yoxdur. Kimin müraciət etməsindən asılı olmayaraq sözün havada qaldığını söyləyən millət vəkili, “bu günə qədər digər məhbusların azadlığa buraxılması ilə bağlı kifayət qədər müraciətlər olunub. Lakin buna əhəmiyyət verən yoxdur”, - deyə qeyd etdi: “Mövsüm Səmədovun azadlığa çıxması ilə bağlı mənim müraciətimin təsiri olarsa, çox böyük məmnuniyyətlə edərdim. Ona görə ki, kiminsə günahsız yerə həbsdə saxlanılmasını istəmirəm. Lakin təəssüflər olsun ki, ölkədə ictimai fikrə əhəmiyyət verən yoxdur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 04:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru