Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2013
11:30
1456
2014-cü il Qarabağın qaytarılması ili olacaqmı?
Mirmahmud Mirəlioğlu: “Bunlar istəsəydilər Qarabağı verməzdilər. Hakimiyyətə Qarabağı verərək gəliblər”

2013-cü ilin ikinci yarısından sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən optimist fikirlər səsləndirilməyə başlanıldı. Bu fikirlər həm siyasi ekspertlə, həm dövlət rəsmiləri, həm də ki, xarici analtiklər tərəfindən irəli sürüldü. İlkin olaraq Türkiyənin Ermənistanla sərhədləri açmaq müqabilində 5 rayonun, sonradan isə iki rayonun qaytarılması məsələsi gündəmə gətirildi. Bundan sonra Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov, erməni həmkarı Edvard Nalbandyanla görüşündən sonra açıqlama verdi ki, münaqişə ilə bağlı ilk dəfə olaraq konkret danışıqlar aparılıb və müəyyən konturlar cızılıb. Bəs sadalanan amilləri nəzərə alsaq deyə bilərikmi ki, 2014-cü il Qarabağın qaytarılması ili olacaq?

FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən KXCP- sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, mövcud Azərbaycan hakimiyyəti ilə Qarabağ münaqişəsinin həlli mümkün deyil. Mirmahmud bəyin sözlərinə görə, bütün dünya hakimiyyətə yardım əlini uzatsa belə, iqtidarda oturanlar Qarabağın qaytarılmasında maraqlı olmayacaqlar: “Hakimiyyətin bununla bağlı heç bir meyli yoxdur. Bunlar istəsəydilər Qarabağı verməzdilər. Hakimiyyətə Qarabağı verərək gəliblər. İndi necə geri alsınlar?” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
38

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru