Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2013
10:09
Vladimir Putin: `Mənim onlara yazığım gəlir`

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin dünən təşkil olunan mətbuat konfransında "Pussy Riot" rok qrupunun üzvlərinin həbsi ilə bağlı sualları cavablandırıb. Jurnalistlərdən birinin, "siz bir atanın iki qızına yazığı gəldiyi kimi hissləri onlar barəsində keçirmisinizmi" sualına, Vladimir Putin belə cavab verib: "Mən təkcə onların həbsxanaya düşdükləri üçün təəssüflənmirəm. Bu şəxslər qadın ləyaqətini də alçaldıblar. Onlar etdikləri hərəkətlərlə bütün sərhədləri keçmişdilər. Amma onlar da amnistiya ilə azadlığa çıxa bilərlər."

Məlumat üçün bildirək ki, Rusiyada tanınmış "Pussy Riot" adlı rok qrupunun üzvləri Nadejda Tolokonnikova, Mariya Alexina və Yekatirina Samutseviç 2 il müddətinə azadlıqdan məhrum edilib. Rokçulardan yalnız biri Yekatirina Samutseviç şərti olaraq azadlığa buraxılıb. Bundan əlavə ona 2 il sınaq müddəti də təyin olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 06:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru