Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2013
15:12
Əli Kərimli: `Qərb ölkələrinin siyasətçi və diplomatlarını qınadım`
"Qərb Azərbaycanda demokratik dəyişikliklər uğrunda güclü xalq hərəkatı görməyincə bu ikili standart davam edəcək"

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, dekabrın 17-də iştirak etdiyi bir tədbirdə xeyli diplomatla görüşüb: "Təbii ki, Anar Məmmədlinin həbsini, digər 142 siyasi məhbusun taleyini də müzakirə etdik. Əliyev rejiminin repressiyalarına və başqa qanunsuz əməllərinə göz yumduqlarına görə Qərb ölkələrinin siyasətçi və diplomatlarını qınadım, rejimin uzun müddət iş başında qala bilməsinə görə onların da məsuliyyət daşıdıqlarını vurğuladım. Avropa strukturlarının Ukrayna, Belarus və sair ölkələrin demokratikləşməsinə olan diqqətinin Azərbaycanın demokratikləşməsinə olmamasını tənqid etdim. Bu ikili standartın nə vaxta qədər davam edəcəyini soruşdum.

Diplomatların birindən çox açıq cavab aldım. Həmsöhbətim iradlarımın haqlı olduğunu qəbul edib sualıma da cavab verdi. Açıq dedi ki, Qərb Azərbaycanda demokratik dəyişikliklər uğrunda güclü xalq hərəkatı görməyincə bu ikili standart davam edəcək.

Əlbəttə, mən özüm də verdiyim sualın cavabını məhz belə bilirdim. Amma mənim güman etməyim başqadır, adamların özlərinin etiraf etməsi başqa.

Toplum dəyişikliklərə ilk növbədə özündən başlamalıdır. Hər günün sonunda özümüzə sual verməliyik. Dövlətimizin və millətimizin gerçək qurtuluşu üçün bacardığım hər şeyi etdimmi?"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
278

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
533
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 04:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru