Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2013
14:23
Azərbaycan və ABŞ arasında imzalanmış saziş təsdiqlənməsi üçün Milli Məclisə təqdim olunub
Yenilənən saziş daha beş il müddətinə uzadılır

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Saziş təsdiq edilməsi üçün Milli Məclisə göndərilib.

Sazişin təsdiqlənməsinə dair qanun layihəsinə Milli Məclisin “Təhlükəsizlik və müdafiə komitəsi”nin iclasında baxılıb. Saziş barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, “Təhlükəsizlik və müdafiə komitəsi”nin sədri Ziyafət Əsgərov deyib ki, sənəd 2003-cü ilin dekabrında 10 il müddətinə imzalanıb. İndi isə yenilənən saziş daha beş il müddətinə uzadılır.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri sənədin əhəmiyyətindən danışaraq bildiriblər  ki, bu saziş ölkəmizin regionunun təhlükəsizliyinin təminatındakı mühüm rolunu, Azərbaycanın dünyanın aparıcı dövlətlərindən olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin  yüksək səviyyədə olduğunu, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu bir daha təsdiqləyir. İclasda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsi”ndə  dəyişikliklər edilməsi haqqında qanun layihəsinə də  baxılıb. Qeyd olunub ki, bu dəyişikliklər nizamnamənin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının  təmin edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlıdır. Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasında baxılmağa tövsiyyə olunub./İnterAz

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
223

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
316

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 07:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru