Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2013
13:37
Vətəndaş cəmiyyəti üçün ən qorxulularını yazdım
Rövşən Ağayev: "Hakimiyyət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə son dərəcə mürtəce dəyişiklər edir"

FaktXeber.com-un verdiyi məlumata görə, tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkədə maraqlı qeydlər paylaşıb. İqtisadçı bildirib ki, hakimiyyət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə son dərəcə mürtəce dəyişiklər edir. Artıq parlament təsdiqləyib, prezidentini imzasını gözləyir. Əgər ölkə başçısı da imzasını qoysa, Şeyx həzrətlərindən Azərbaycanda bütün müstəqil QHT-lərin fatihəsini oxumaq üçün savadlı bir molla istəməkdən savayı yolumuz yoxdur. Həmin dəyişiklilərin bəzilərinə baxın, özünüz nəticə çıxaracaqsınız:

1. QHT-lər hər 90 gündən bir qeydiyyata dair çıxarışlarını Ədliyyə Nazirliyində təzələməli olacaqlar. Nazirlik kefi istəməsə təzələməyəcək, ona gözün üstə qaşın var deyən olmayacaq - necə ki, QHT-ləri qeydiyyat üçün 30 gün tələb olunduğu halda heç 13 ilə qeydə alınmayan təşkilatların sayı hesabı yoxdur

2. QHT üzvləri iddia ərizəsi ilə məhkəməyə müraciət etsə ki, təşkilat onların hüquqlarını pozur və birləşmə hüququnun həyata keçirilməsinə maneə yaradır, məhkəmə qərarı əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti dayandırıla bilər. Birincisi, istənilən təşkilatda bir adamın öz təşkilatına qarşı qalxmasını təşkil etmək bizim məmurlarımızın ən yaxşı bacara biləcəkləri işlərdəndi. İkincisi, bu ölkədə QHT-lər potensial "şərçi və dönük" üzvlərindən ədalətli şəkildə müdafiə edəcək müstəqil məhkəmə adına nəsə yoxdu. Deməli, bu bəhanə ilə gələckdə neçə-neçə QHT-yə "qırmızı kart" göstərmək mümkün olacaq.

Başqa, dəyişiklər də var. Amma vətəndaş cəmiyyəti üçün ən qorxulularını yazdım.

QHT-lər Azərbaycanda müstəqil ictimai fikri formalaşmasında, insan hüquq və azadlıqlarının müdafiəsində, hökumətin bütün pis əməllərinin cəmiyyətə çatdırılmasında, cəmiyytdə sağlam və yenilikçi təşəbbüslərin oturuşmasında müstəsna rolu olan sonuncu qaladı.
Hakimiyyət siyasi partiyalara, azad mətbuata vurduğu zərbələri vurub, indi növbə QHT-lərindir.

Vitse spiker Ziyafət Əsgərov deyib ki, bu şəffaflıq üçün vacibdi. Bilməyənlər üçün deyim ki, bu ölkədə ən sərt hesabatlılıq sistemi məhz QHT-lər üçün yaradılıb. İldə bir dəfə Maliyyə Nazirliyinə icmal və detallı maliyyə hesabatı verilir, hər rüb Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə hesabat verilir. Bütün layihələr üzrə müqavilələr imzalandığı gündən 1 ay ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Maliyyə Monitorinqi orqanı bank hesabları vasitəsilə QHT-lərin maliyyə axınlarını son qəpiyinədək nəzarətdə saxlayır. Bu qədər geniş nəzarət imkanını mövcud olduğu şəraitdə, qeyri-şəffaflıqdan şikayətlənmək absurddur. Bu ölkədə şəffaflıq yaradılması orqanlar varsa, onlar QHT-lər deyil. Xərclədiyi büdcə vəsaiti, satınalma əməliyyatları barədə parlamentə və ictimaiyyətə detallı hesabat verməyən dövlət idarəetmə orqanları, nəhəng dövlət şirkətləri, adını kommersiya sirri qoyub bütün məlumatları qapalı saxlayan, amma dövlətdən milyardlar alan, oliqarxiya kapitalı ilə qurulan holdinqlər, özəl şirkətlərdir. Şəffaflıq istəyən məmurlar birinci özlərindən başlamalıdırlar - ictimaiyyətə əmlakları və gəlirləri barədə detallı hesabat verməklə. Ayda rəsmi maaşı 500-1500 manat arasında dəyşən məmurların dəyəri 100 milyon (bəzilərində hətta milyard) manatlarla ölçülən avtomobilləri, mənzilləri, biznesləri varkən, ildə 30, 40, lap 100, 200 min dollar qrant alan və hər cür təftişə açıq olan QHT-ləri qeyri-şəffaflıqda ittiham etməsi Ziyafət müəllimin təəbirincə desək - absurddur, absurddur, absurddur

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 21:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru