Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2013
11:08
“Akkulturasiya: bilik menecmenti sisteminin qurulmasına aparan yol kimi” kitabının təqdimatı keçiriləcək

Dekabrın 21-də Bakıda “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə WORKSHOP layihəsi çərçivəsində “Akkulturasiya: bilik menecmenti sisteminin qurulmasına aparan yol kimi” kitabının təqdimatı keçiriləcək. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə Workshop tədbiri ərzində həyata keçirilmiş “Biliklər cəmiyyətinin formalaşmasında gənclər siyasətinin və gənclərin rolu” mövzusunda Fokus-qrup araşdırmasının nəticələrinə həsr olunub. 

FaktXəbər-in məlumatına görə, kitabın rəyçisi “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti prof. Fuad Məmmədov, ön sözün müəllifi isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir.

Kitabda “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə WORKSHOP layihəsi çərçivəsində aparılmış araşdırma işləri də əks olunmuşdur. Belə ki, kitabda “Akkulturasiya və bilik menecmenti: qarşılıqlı asılılıq yanaşması” araşdırmasının, layihə iştirakçılarının “İntelektual kapital” mövzusuna həsr olunmuş məqalələri və Azərbaycanda ilk dəfə həyata keçirilmiş pilot layihələr - “Biliklər cəmiyyəti və biliyə əsaslanan iqtisadiyyat” mövzusunda “Online strukturlaşdırılmış intervyu” araşdırması, “Fokus qrupların həyata keçirilməsi, nəticələrin analizi və təqdiamatı” üzrə master klass, “Gələcəyin ssenariləri: gələcəyin durumu indeksinin hazırlanması və performans idarəetməsi” tədqiqatı dərc olunub. 

Qeyd edək ki, kitabda, həmçinin, multikulturalizm, bikulturalizm, bilik menecmenti, korporativ mədəniyyət, xidmət sahəsinin inkişafı məsələlərinin gənc alim və mütəxəssislər tərəfindən araşdırılması məqsədilə təkliflər paketi də təqdim edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
402

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 17:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru