Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2013
16:53
Qubad İbadoğlu: `Əgər qaz ixracatından heç olmazsa dövlət büdcəsi, neft fondu əməlli başlı qazansa idi, mən onlara təsəlli verərdim`

Bu gün Bakıda «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin

(CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir.

Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.ugünkü qərarla 9 Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri indi artıq qüvvəyə minəcək. Nəticədə, «Şahdəniz» qazının ildə təxminən 10 mlrd. kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir.

Görəsən bu sətirləri soyuqdan əsə-əsə və büzüşə-büzüşə oxuyan və illərlə yaşadığı mənzildə qaz həsrəti çəkən Azərbaycan vətəndaşı nə düşünür? Əgər bu qaz ixracatından heç olmazsa dövlət büdcəsi, neft fondu əməlli başlı qazansa idi, mən onlara təsəlli verərdim, deyərdim ki, dözün, yaxşı olacaq. Amma hətta rəsmi proqnozlar da göstərir ki, dünya bazarında qiymətlərin ən optimist ssenaridə Azərbaycan növbəti 10 ildə minimum 12,3 (orta illik - 1,12) milyard dollar, maksimum isə 15,6 (orta illik 1,41) milyard dollar olacaq. Bu isə həmin dövr ərzində eyni qiymət ssenarisi üzrə neftdən əldə ediləcək gəlirlərin heç 10 faizini belə təşkil etmir.

Deməli, Azərbaycan hakimiyyəti üçün neft iqtisadi və qaz isə siyasi məsələdir.Bəs Azərbaycan cəmiyyəti və istehlakçısı üçün bu 2 vacib resursdan hansı faydalar olacaq? Benzinin qiymətlərinin bahalaşdığı və onun ardınca ərzaq qiymətlərinin artıdığı indiki dövrdə bu əlavə xərcin yaranması, vətəndaş cəmiyyətinə təzyiqlərin artdığını (Anar Məmmədlinin həbsi və parlamentin sabahki iclasında QHT-lərin fəaliyyətini çətinləşdirən yeni əlavə və dəyişiklərin qəbul ediləcəyini) nəzərə alsaq azadlıqların məhdudlaşması deməkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
387

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru