Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2013
15:04
İranın tanınmış aktyoru Lionel Messidən üzrxahlıq edəcək

FaktXəbər-in “İSNA” agentliyinə istinadən verdiyi məlumata görə, İranın korifey sənətçilərindən sayılan Cəmşid Məşayixi ulduz futbolçu Lionel Messidən üzrxahlıq etmək üçün onunla görüşəcək. Tanınmış futbolçu ilə görüşəcək Cəmşid Məşayixi argentinalı isə yerli fanatlar arasında narazılığı aradan qaldıracaq.

Məşayixi mövzu ilə bağlı deyib: “Ötən gecə "İstiqlal" klubunun prezidenti Fəthullahzadə görüşümüz olub. Klubun rəhbəri məndən xahiş etdi ki, İran xalqı adından Messi ilə görüşərək ondan üzr istəyim. İran xalqı baş vermiş olayla bağlı ciddi şəkildə narahat olub. Bir qrup insanın səhv hərəkəti xalqımızı sarsıdıb. "İstiqlal" klubu mənim səfərimlə bağlı iş aparır. Ola bilsin ki, Lionel Messi ilə Argentina və yaxud İspaniyada görüşəm."

Xatırladaq ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı püşkatma mərasimində İranla Argentina eyni qrupa düşdüyü üçün bəzi iranlı azarkeşlər Messini təhqir etmişdi. Belə ki, minlərlə fanat Messinin facebook səhifəsinə hücum çəkərək xoşagəlməz fikirlər səsləndirmişdi. Bu isə İran əhalisinin narahatlığına səbəb olmuşdu. Onlar həmin səhifəyə müraciət edərək tanınmış futbol ulduzundan üzr istəmişdilər. Baş verən olaydan sonra argentinalı futbolçunun facebook səhifəsi bağlanmışdı.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48080

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46137

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47795

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47396

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52948

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47004

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47405
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 03:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru